• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Milyarderlərin sərvəti bir ildə 2 trilyon dollar artıb

DÜNYA

20 Yanvar 2025 | 12:40

Milyarderlərin sərvəti bir ildə 2 trilyon dollar artıb

Dünya milyarderlərinin sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb ki, bu da 2023-cü ildəkindən üç dəfə yüksəkdir. 

Bakıvaxtı.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bu, "Oxfam" xeyriyyə təşkilatının hesabatında yer alıb.

Hesabata görə, qlobal miqyasda milyarderlərin sayı keçən il 204 nəfər artaraq 2769 nəfərə çatıb.

Dünyanın ən zəngin 10 adamı sərvətlərini gündə orta hesabla təxminən 100 milyon dollar artırıb və sərvətlərinin 99%-ni bir gecədə itirsələr belə, yenə də milyarder olacaqlar.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025