• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Kanada Rusiyanın G7-yə qayıtmasına qarşıdır

DÜNYA

19 Fevral 2025 | 00:39

Kanada Rusiyanın G7-yə qayıtmasına qarşıdır

Kanada hökuməti Rusiyanın Böyük Yeddilik (G7) qrupuna qayıtmasına qarşı çıxır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu hazırda Brüsseldə səfərdə olan Kanada xarici işlər naziri Melani Coli onlayn brifinq zamanı bildirib.

O, bu mövzunu avropalı həmkarı ilə müzakirə etdiyini də qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trump Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra G8-dən xaric edilməsini səhv adlandırıb. O, Moskvanın birliyə qayıtmasından məmnun olacağını da əlavə edib.


SON XƏBƏRLƏR

20 Fevral 2025