• Bakı 12° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Hakan Fidan: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil

DÜNYA

20 Mart 2025 | 23:33

Hakan Fidan: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil

ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.

Bakıvaxtı.az-ın TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.

“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-nin Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və (Suriyanın keçmiş prezidenti Bəşər) Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Prezident Tramp indi Amerika qoşunlarının mövcudluğunun davam etdirilməsinin zəruriliyinə inanmalıdır. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - deyə o qeyd edib.

İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək./report


SON XƏBƏRLƏR

27 Mart 2025