• Bakı 11° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Şara ikinci dəfə də Berbokun əlini sıxmaqdan imtina etdi

DÜNYA

20 Mart 2025 | 23:20

Şara ikinci dəfə də Berbokun əlini sıxmaqdan imtina etdi

Almaniya xarici işlər naziri Annalena Berbok Suriyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

Məlumata görə, görüş zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Berboka əlini uzatmayıb.

Şara Berbokla yanaşı, Almaniya nümayəndə heyətinin tərkibində olan deputat Armin Laşetin də əlini sıxmaqdan imtina edib.

Suriya xarici işlər naziri isə Berbokun əlini sıxıb.

Qeyd edək ki, bu ilin yanvar ayında da Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Dəməşqə səfər edən Almaniya xarici işlər naziri Annalena Berbokun əlini xanım olduğu üçün sıxmaqdan imtina etmişdi. (axar.az)


SON XƏBƏRLƏR

30 Aprel 2025