• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Paşinyan Makrona təşəkkür etdi

DÜNYA

21 Dekabr 2024 | 13:31

Paşinyan Makrona təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona "Cənubi Qafqazda sülhün bərqərar olunması səylərinə" görə təşəkkür edib.

Bu barədə Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir.

"Dost Fransaya və şəxsən sizə Ermənistanın suverenliyinin, ölkəmizdə dayanıqlılığın və demokratiyanın möhkəmləndirilməsinə, həmçinin Cənubi Qafqaz regionunda davamlı və ədalətli sülhün bərqərar olunmasına yönəlmiş səylərə və dəstəyə görə bir daha təşəkkür etmək istəyirəm", - Paşinyan Makronun ad günü münasibətilə təbrikində yazıb.

Onun sözlərinə görə, Makronun Prezidentliyi dövründə "Ermənistan və Fransa arasında xüsusi münasibətlər" strateji tərəfdaşlığın yeni səviyyəsinə çatıb.

Həmçinin, N.Paşinyan Fransa Prezidentinin 2025-ci ildə Ermənistana səfər edəcəyinə ümidvar olduğunu bildirib.


SON XƏBƏRLƏR