• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

HADİSƏ

22 Oktyabr 2024 | 13:23

Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişçisi, keçmiş rektor Müşfiq Atakişiyev, icraçılar Samir Quliyev və Dəyanət Quliyevin apellyasiya şikayətlərinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri verilmiş cəzaların qanuna uyğun olduğunu elan edilblər.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib. Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyevin hər biri haqda 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qanuni qüvvəyə minib.

Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR