• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Bərdədə qadını bıçaqlayan şəxs həbs olundu

HADİSƏ

22 Oktyabr 2024 | 12:40

Bərdədə qadını bıçaqlayan şəxs həbs olundu

Oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

    Qeyd edilib ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


    SON XƏBƏRLƏR