• Bakı 26° C

    10.47 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Hərbçimiz VƏFAT ETDİ - YENİLƏNİB

HADİSƏ

20 Noyabr 2024 | 23:47

Hərbçimiz VƏFAT ETDİ - YENİLƏNİB

Bu gün vəfat edən hərbi qulluqçumuz Tağıyev Bəhri Fərman oğlu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

21:48

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026