• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Kürdəmirdə mikroavtobus aşıb - xəsarət alanlar var

HADİSƏ

20 Noyabr 2024 | 20:01

Kürdəmirdə mikroavtobus aşıb - xəsarət alanlar var

Kürdəmirdə yol qəzasında beş nəfər xəsarət alıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza zamanı 5 nəfər - Göyçay sakinləri, 17 yaşlı Şəfa Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Aprel 2025