• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Aksiz markasız 400 mindən çox siqaret aşkar edilib

HADİSƏ

22 Oktyabr 2024 | 12:25

Aksiz markasız 400 mindən çox siqaret aşkar edilib

Azərbaycanda aksiz markasız 410 min 740 ədəd siqaret aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

    Məlumata görə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib.

    Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 410740 ədəd siqaret aşkar edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR