• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Türk ulduz ağır zədələndi

İDMAN

21 Oktyabr 2024 | 23:18

Türk ulduz ağır zədələndi

Türk ulduz ciddi zədə alıb.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən bildirir ki, "Roma" ilə oyunda zədələnən "İnter"in futbolçusu Hakan Çalhanoğlu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

30 yaşlı oyunçunun UEFA Çempionlar Liqasında "Yanq Boys"la matçı buraxacağı qeyd olunub. Həmçinin, sentyabrın 27-də "Yuventus"la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, yeni mövsümdə 9 görüşdə meydana çıxan Hakan 2 qola imza atıb.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024