• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul etdi

DÜNYA

21 Oktyabr 2024 | 22:44

Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul etdi

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino report-a açıqlamasında deyib.

BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək:

“Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024