• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zahid Oruc: "Cənubi Qafqaz heç vaxt indiki qədər Bakıdan asılı olmayıb"

SİYASƏT

21 Oktyabr 2024 | 11:13 | Müəllif: Gülşən Şərif

Zahid Oruc: "Cənubi Qafqaz heç vaxt indiki qədər Bakıdan asılı olmayıb"

"Prezident İlham Əliyev strategiyalar və proqramlar irəli sürən, onu millətin idealına çevirməyi bacaran, nəhayət, bütün beynəlxalq təzyiq və təsirlərə baxmayaraq, planlarını sistemli həyata keçirən bir liderdir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, təkcə Qarabağın xilası prezidentin ideoloq və strateq kimliyini ortaya qoyur:

"Ölkə başçısı İlham Əliyevin özünün dediyi kimi, qlobal layları tərpətməyi bacarıb, lakin bu titrəyiş yeni ədalətli dünya quruculuğunun mesajına çevrilib. Cənubi Qafqaz regionu öz tarixində heç vaxt indiki qədər Bakıdan asılı olmayıb. Biz sülh ixracını nəinki təkcə regionumuz, eləcə də iqlim atəşkəsi çağırışı ilə bütün dünyaya yaymağa hazırıq. Əslində Qarabağ müharibəsinin son və diplomatik demarşı da beynəlxalq beyin mərkəzi arenasında baş vermişdi. Münxen Təhlükəsizlik sammitində ölkə rəhbəri təkcə ermənistanlı həmkarına qalib gəlməmişdi, həm də gələcək silahlı əməliyyatların legiitmliyini dünyaya göstərə bilmişdi". 

Deputat hesab edir ki, beyin mərkəzlərinin güclənməsi dövlətimizin regional və beynəlxalq çəkisinin artmasının tərkib hissəsi olacaq, prezidentin onlarla ən yüksək səviyyədə görüşlərinə, ictimai və milli maraqlara xidmətlərinə kömək edəcək. 

"Çernobbio konfranslarında ardıcıl iştirak, ənənəyə çevrilən humanitar, mədəniyyətlərarası forumlar, ADA-ya toplanan xarici tədqiqatçı alim və ekspertlərin tribunasından dünyaya səsləniş, Şuşa beynəlxalq platforması və onlarla digər tədbirlər sübut edir ki, ölkə başçısı dünyanın siyasi-analitik məkanını nəinki izləyir, eləcə də onun milli və dövləti ideallarımızla təchiz olunmasında bilavasitə iştirak edir. Tarixdən məlumdur ki, Yeni Dünya Düzəninin (YDD) formalaşması hər dəfə müharibələrdən sonra baş verib. BM-nin yaranma və inkişafı da bu tarixi proseslərlə bağlı olub", - deyə STM sədri vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026