Yeni Azərbaycan Partiyası-Ümummilli lider Heydər Əliyev şəxsiyyətinə ehtiram göstərən milli vətənpərvərlərin partiyasıdır.
Ölkəmizdə Sovet imperiyasının süqutu və dövlət müstəqilliyi Aktının qəbulundan sonra siyasi spektrdə böhranlı proseslər başlandı.Bir tərəfdən köhnə kommunist nomenklaturanın təmsil olunduğu “islahatçı nomenklatura”,digər tərəfdə də “Yeni demokratlar dalğası”nın təmsilçiləri siyasi rəqabəti vətəndaş qarşıdurması səviyyəsinə qaldırdılar.Ölkənin bir qrup ziyalısı yaranmış vəziyyətdən çıxış yolunu Naxçıvanda milli,müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik edən Heydər Əliyevi ölkəyə dəvət etməkdə gördülər.Sonra da onun ətrafında yeni siyasi hərəkata ehtiyacın sosial sifariş olduğunu qeyd edərək yeni siyasi partiya quruculuğuna razılıq verməsi ilə bağlı ona müraciət etdilər.
Yaxın siyasi tariximizə “91-lər təşəbbüsü”kimi daxil olan bu proses 1992-ci il 21 noyabr tarixində Naxçıvanda 550 nəfərin iştirak etdiyi təşəbbüsçülər qrupu tərəfindən Yeni Azərbaycan Partiyasının təsis konfransı ilə sonuclandı və cəmiyyətdə mərkəzçi siyasi gücü oluşdurdu.Sosial siyasi zərurət Heydər Əliyevi və siyasi-ictimai komandasını sürətlə iqtidara gətirməklə köhnə kommunistlərlə populist AXC-Musavat cütlüyünün ölkəni fəlakətə sürükləməsinin qarşısını aldı.
Partiyanın yaradılması təşəbbüsünə həmrəyliyini bildirən Ulu Öndər cavab məktubunda yazırdı: “Güman edirəm ki,müstəqil Azərbaycan Dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi pluralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni,müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə,təsis konfransı partiyanın yaradılması haqqında bəyanatı,partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.Partiya qısa müddətdə iqtidar Partiyasına çevrilməklə üzərinə çox böyük ictimai-siyasi missiya götürdü.
Partiya yarandığı gündən mərkəzçi xalq Partiyası olaraqölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmiş,1987-1993-cü illəri əhatə edən böhranlar dövründən 1993-2003-cü illəri əhatə edən müstəqil dövlət quruculuğunun tarixi təşəkkül mərhələsinə keçidi təmin etmişdir.
2005-ci il 26 mart tarixində partiyanın lll qurultayında yeni sədrini-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçməklə 2003-cü ildən sonrakı dövrə,- bütün istiqamətlər üzrəmüstəqil dövlət quruculuğunun inkişaf mərhələsinə daxil etmişdir.
Bu gün ölkəmiz Cənubi Qafqazın ən böyük və nüfuzlu dövləti olduğu kimi Yeni Azərbaycan Partiyası da qısa müddətdə regionun ən mütəşəkkil siyasi gücünü təmsil etməkdədir.Partiyanın Vll qurultayındakı çıxışında İlham Əliyev yeddi yüz mindən çox siyasi həmfikirli insanları birləşdirən Partiyanın keçdiyi yola nəzər salaraq demişdir: “Partiyamızın Vll qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın ,həm də Cənubi-Qafqazın ən böyük siyasi partiyasıdır.Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Beləliklə,bu qurultay ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində qarşıdakı strateji hədəflərə köklənərək cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etməklə partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Yeni Azərbaycan Partiyası müasir beynəlxalq tendensiyalara çevik reaksiya verən və adekvat inkişafa üstünlük verməklə dövlətin siyasi priorietlərini və beynəlxalq əməkdaşlıq vektorununmilli maraqlar əsasında müəyyən olunmasına əsaslanır.Bu mənada beynəlxalq müstəvidə çevik mövqe və qlobal çağırışlara adekvat təşəbbüslər ölkəmizə çoxlu sayda tərəfdaş qazandırmaqdadır.
Partiya son dövrlərdə həmişə üstünlük verdiyi bir məsələdə yeni səhifəni-partiyalararası siyasi dialoqu da stimullaşdırmaqdadır.Çünki,siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir.Yeni Azərbaycan Partiyasının çoxşaxəli təşəbbüsləri onun siyasi dialoq təcrübəsinə istinadən iqtidar-xalq modelinin işə düşdüyünü,son nəticədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir.
Partiya sədri-ölkə Prezidenti kimi İlham Əliyevin “Ümumilli məsələlərdə heç bir fərqli fikir ola bilməz”doktrinası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edən partiya olaraq onun üzərinə götürdüyü təəhhüdlərə yeni ideoloji çalarlar qatmaqdadır.Bunlar da özlüyündə şəffaf və qarşılıqlı anlaşmalarda yeni etibarlılıq münasibətlərinə töhvələr verməklə,uğurla reallaşdırılan islahatları siyasi konfiqurasiyanın tərkib hissəsinə daha kreativ əsaslarla daxil etməkdədir.İndi iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər və hədəflər üzərində qurula bilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən ümdə göstəricilərdən olmaqla rəhbərlik etdiyi partiyanı yeni güc mərkəzi olaraq strateji inkişafın ideoloji təbliğat mərkəzində mövqeyini də möhkəmləndirməkdədir.
Dövlət suverenliyi və ərazi bütövlüyünün təmi edilməsi sahəsində atılan kardinal addımlar,əldə edilən müstəsna uğurlar cəmiyyət həyatında Heydər Əliyev siyasi kursunu yeni keyfiyyət halına keçirməklə gələcək strateji quruculuq məqsədlərinə partiyanı səfərbər etmək baxımından da çox önəmlidir.
Bir sözlə,Yeni Partiyası yeni siyasi-tarixi mərhələnin istiqamətverici mərkəzi olaraq öz fəaliyyətinin yeni hədəflərini fəth etməkdədir.
Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasınınüzvü,İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki