Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraqdaroğlu Suriyaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Ordu generalı Səlcuq Bayraqdaroğlu paytaxt Dəməşqdə Suriya müdafiə naziri general-leytenant Murhaf Əbu Kəsra və Baş Qərargah rəisi general-leytenant Əli Nurəddin Nasan ilə görüşüb.
Görüşdən sonra nümayəndə heyəti Türkiyə-Suriya birgə əməliyyat mərkəzinə baş çəkib.
Bayraqdaroğlu Türkiyənin Suriyadakı səfiri Burhan Koroğlu və hərbi attaşe ilə birlikdə Suriya İnqilabı Hərbi Sərgisinə də baxış keçirib.
Bakı 



