• Bakı 10° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Prezident: Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir

SİYASƏT

05 Yanvar 2026 | 16:10

Prezident: Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. “Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


SON XƏBƏRLƏR

06 Yanvar 2026