Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbovla görüşməkdən məmnun oldum. Müzakirələr ikitərəfli əməkdaşlığın gələcək inkişafına həsr olunmuşdu", - diplomat yazıb.
Bakı 




