ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın F-35 döyüş təyyarələrinin Türkiyəyə mümkün satışı ilə bağlı eyham vurması Yunanıstan və İsraili panikaya salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, yunan mediası Barrakın bu açıqlamasının təşvişə səbəb olduğunu yazıb:
“Afina F-35 qırıcılarının 4-6 ay ərzində Türkiyəyə verilməsi ehtimalından narahatdır. Bu bəyanatlar reallaşarsa, xüsusən də ABŞ-dakı İsrail-Yunanıstan lobbisi üçün məğlubiyyət olar”.
İsrail mediası isə Barrakın sözügedən açıqlamasının reallaşma ehtimalının yüksək olduğunu bildirib:
“Bunun ən böyük sübutu Böyük Britaniya və Almaniyadan “Tayfun” (Eurofighter Typhoon) qırıcılarının alınması və Türkiyənin milli döyüş təyyarəsi olan KAAN-ın inkişafının davam etdirilməsidir”.
Qeyd edək ki, T.Barrak ABŞ və Türkiyə arasında zamanla bir çox bağlı məsələnin həllinin tapıldığını açıqlayıb. O eyni zamanda iki ölkə arasında F-35 danışıqları kimi məsələlərin 4-6 ay ərzində həll oluna biləcəyinə də işarə edib./Axar.az
Bakı 



