• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Gürcüstan Aİ ilə münasibətləri yeniləməyə hazırdır

DÜNYA

05 Yanvar 2026 | 17:52

Gürcüstan Aİ ilə münasibətləri yeniləməyə hazırdır

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yenilənməsinə hazırdır, amma bunun üçün Brüssel tərəfdən qarşılıqlı addımlar atılmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentindəki hakim “Gürcü Arzusu” fraksiyasının sədr müavini Levan Maçavariani bildirib.

“Noyabrın 21-də nəzərdə tutulan görüş aylarla əvvəl hazırlanmışdı, nümayəndə heyətimiz Brüsselə getməli idi ki, faktlar və sübutlarla Aİ tərəfindən irəli sürülən bütün ittihamları rədd etsin. Amma görüşü anlaşılmaz səbəbdən ləğv etdilər. Görüş birbaşa pozuldu, bu isə göstərir ki, bizimlə danışıqlara hazır deyillər. Öz yanaşmalarını dəyişərlərsə, bu Avropa İttifaqı üçün də çox faydalı olacaq. Çünki unikal coğrafi mövqeyimiz elədir ki, Aİ-yə Gürcüstan nə qədər lazımdırsa, Aİ də Gürcüstana o qədər lazımdır”, - Maçavariani qeyd edib.


SON XƏBƏRLƏR

06 Yanvar 2026