• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

MDB Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

DÜNYA

05 Yanvar 2026 | 17:32

MDB Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclası 2026-cı ildə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, toplantıda MDB məkanında cinayətkarlığa qarşı birgə proqramların icrası, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2025-ci il iclası Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub. MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir./Trend 


SON XƏBƏRLƏR

06 Yanvar 2026