• Bakı 14° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Ərdoğan BƏƏ Prezidenti ilə Qəzzanın yenidən bərpasını müzakirə edib

DÜNYA

05 Yanvar 2026 | 18:16

Ərdoğan BƏƏ Prezidenti ilə Qəzzanın yenidən bərpasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" hesabında məlumat yayılıb.

Liderlər Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan ölkəsinin Yəmən və Somalinin ərazi bütövlüyünü, birlik və bərabərliyini dəstəklədiyini, hüzur və sabitliyin təmin edilməsi istiqamətindəki səylərə töhfə verməyə hazır olduğunu bildirib.

Dövlət başçıları Qəzzadakı faciənin yekunlaşdırılması üçün çalışdıqlarını, bölgənin bərpası üçün tezliklə addım atılmasının zəruri olduğunu vurğulayıblar.


SON XƏBƏRLƏR

02 Aprel 2026