• Bakı 13° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri YAYILDI - VİDEO

CƏMİYYƏT

06 Dekabr 2025 | 15:52

İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri YAYILDI - VİDEO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin daha bir villasının görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nabranda qeydə alınan sözügedən videonu keçmiş deputat Etibar Hüseynov yayıb.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


SON XƏBƏRLƏR

05 Dekabr 2025