• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Bayram günlərində 103-ə nə qədər müraciət daxil olub?

CƏMİYYƏT

05 Yanvar 2026 | 14:42

Bayram günlərində 103-ə nə qədər müraciət daxil olub?

Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bakıvaxtı.az TƏBİB-dən aldığı məlumata görə, xəbər verir ki, Respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb. 

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub. 

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2026-cı il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR