• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Ağstafada 5 üzvü ölən ailənin evi yanıb

CƏMİYYƏT

05 Yanvar 2026 | 15:40

Ağstafada 5 üzvü ölən ailənin evi yanıb

Ağstafada yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

    Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır. (Apa)


    SON XƏBƏRLƏR