• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Narkotik asılılığı BELƏ başlayır - DETALLAR

CƏMİYYƏT

04 Fevral 2026 | 15:26

Narkotik asılılığı BELƏ başlayır - DETALLAR

Gənclərin əksəriyyəti narkotik maddələrə maraq xatirinə, “ilk dəfədən heç nə olmaz” düşüncəsi ilə yanaşır. Lakin məhz bu ilk sınaq çox zaman asılılığın başlanğıc nöqtəsinə çevrilir.

Bakıvaxtı.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayım zamanı danışıb.

F. Sadıqov bildirib ki, yeniyetməlik və gənclik dövründə insan beyninin tam formalaşmaması, xüsusilə qərarvermə və impulsların idarə olunmasına cavabdeh olan hissələrin yetkinlik yaşına qədər inkişaf etməməsi narkotik riskini daha da artırır. Onun sözlərinə görə, beynin inkişaf prosesi təxminən 24–26 yaşlarında tamamlanır və bu dövrədək verilən yanlış qərarlar gələcəkdə ağır nəticələr doğura bilər.

Direktor qeyd edib ki, uşağın və gəncin şəxsiyyət kimi formalaşmasında ailə, məktəb və sosial mühitin rolu həlledicidir. Məktəb yaşlarında qruplaşmalar, hansısa lider obrazına bənzəmək istəyi, həmçinin siqaret və digər zərərli vərdişlərə maraq artdığı üçün diqqət daha çox tələb olunur.

“Bəzi uşaqlar dərsə və təhsilə yönəlsə də, bir qismi diqqətdən kənarda qalır və daha riskli mühitə düşə bilir. Bu səbəbdən əsas məsuliyyət valideynlərə, müəllimlərə və ümumilikdə böyüklərə aiddir. Onlar gəncləri nəzarətsiz buraxmamalı, davranışdakı dəyişiklikləri zamanında görməli, istiqamət verməli və yanlış addımların qarşısını vaxtında almalıdırlar”, – deyə F. Sadıqov vurğulayıb.

O, həmçinin əlavə edib ki, profilaktik tədbirlər, maarifləndirici proqramlar və gənclərlə açıq ünsiyyət narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biridir.

Əli Hüseynov


SON XƏBƏRLƏR