• Bakı 10° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

"Qarabağ" "Zirə"yə qalib gələ bilmədi - YENİLƏNİB

İDMAN

06 Dekabr 2025 | 19:21

Qarabağ Zirəyə qalib gələ bilmədi - YENİLƏNİB

Misli Premyer Liqasında XIV tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.

***17:44

Misli Premyer Liqasında 14-cü tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk gündə lider “Qarabağ” əsas izləyicisi “Zirə”nin qonağıdır.

“Zirə” - “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 33. Əkbər Eyubov 43. Əhliman Süleymanzadə 28. Leroy Mikels 6. Eldar Quliyev

“Qarabağ”: 99. Mateus Koxalski 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə (k) 27. Toral Bayramov 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 11. Emmanuel Addai


SON XƏBƏRLƏR