• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yaponiyada narkotikə görə saxlanıldı

ŞOU

06 Dekabr 2025 | 14:43 | Müəllif: Subhan Mahmudov

Yaponiyada narkotikə görə saxlanıldı

Məşhur “Emili Parisdə” serialının aktyoru və ssenarist Ceremi Harris Yaponiyada narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

“Toni” mükafatına namizəd olan 36 yaşlı aktyor noyabrın 16-da Naha hava limanında saxlanılıb. Gömrükdə onun çantasından narkotik maddənin tapıldığı iddia olunur.

Təxminən 780 mq ağırlığında olan maddənin birdəfəlik dozadan xeyli çox olduğu bildirilir. 

Harrisin ifadə verməsi və ya vəkilinin olub-olmaması barədə məlumat verilmir.

Mənbənin məlumatına görə, ittihamlar təsdiqini taparsa, Harrisi 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Harris “Emili Parisdə” serialında Qreqori Elliot Düpre rolu ilə tanınır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026