• Bakı 13° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

SİYASƏT

06 Dekabr 2025 | 15:57

Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.


SON XƏBƏRLƏR

05 Dekabr 2025