Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb.
Bakıvaxtı.az Tükiyə mediasına istinadla xəbər verir ki, Ela Rumeysa Cebeci, Məltəm Acet və Hande Sarıoğlu prokurorluqda ifadə verdikdən sonra Ədliyyə Tibb Qurumuna göndəriliblər.
Bundan sonra Ela Rumeysa Cebeci və Meltem Acet sərbəst buraxılıblar.
Xatırladaq ki,İstanbuldakı jandarm qruplarının tanınmış şəxsləri hədəf alan narkotik əməliyyatı çərçivəsində teleaparıcılar Ela Rumeysa Cebeci, Məltəm Acet və Hande Sarıoğlu da daxil olmaqla çox sayda insan saxlanılmışdı.
Bakı 



