Rusiya müharibənin 1382-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 100 788 PUA-sı, 638 zenit-raket kompleksi, 26 412 tank və digər zirehli texnikası, 1 627 reaktiv yaylım atəş sistemi, 31 140 artilleriya və minaatanı, 48 468 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



