• Bakı C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Suriya nümayəndə heyəti İsraillə görüş keçirir

DÜNYA

05 Yanvar 2026 | 16:35

Suriya nümayəndə heyəti İsraillə görüş keçirir

Suriya nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüş keçirir.

Bakıvaxtı.az xəbər verir ki, SANA-ya danışan hökumətdəki mənbənin sözlərinə görə, Suriya Ərəb Respublikasından olan nümayəndə heyətinə xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Səlami başçılıq edir.

Mənbə vurğulayıb ki, danışıqlar əsasən 1974-cü il tarixli Qoşunların Çəkilməsi Sazişinin bərpasına yönəlib. Bu çərçivədə məqsəd İsrail qoşunlarının 8 dekabr 2024-cü ildən əvvəl mövcud olan mövqelərə geri çəkilməsini təmin edən, Suriyanın tam suverenliyinə üstünlük verən və Suriyanın daxili işlərinə hər hansı müdaxilənin qarşısını alan balanslaşdırılmış təhlükəsizlik sazişidir./APA 


SON XƏBƏRLƏR

06 Yanvar 2026