• Bakı 12° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

“Barselona” duman səbəbindən oyuna vaxtında gedə bilmədi

İDMAN

06 Dekabr 2025 | 15:05

“Barselona” duman səbəbindən oyuna vaxtında gedə bilmədi

“Barselona”nın La Liqanın XV turunda “Betis”lə qarşılaşmaq üçün Sevilyaya uçuşu güclü duman səbəbindən bir saat gecikib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Martinez X sosial şəbəkəsində məlumat verib.

Hava limanı bağlı qalarsa, kataloniyalılar Sevilyaya yaxın olan başqa bir şəhərə eniş edəcəklər və oradan avtotransportla hərəkət edəcəklər. Bu səbəbdən komanda təyin edilmiş vaxtdan gec çatacaq.

Qeyd edək ki, “Betis”-“Barselona” oyunu “Olimpiko de Sevilya-La Kartuxa” stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da start götürəcək.


SON XƏBƏRLƏR

05 Dekabr 2025