• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanın Rusiyadakı səfiri Aleksandr Beqlovla ilə görüşüb

SİYASƏT

20 Noyabr 2024 | 09:52

Azərbaycanın Rusiyadakı səfiri Aleksandr Beqlovla ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, söhbət zamanı iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanın və Sankt-Peterburqun gənclər təşkilatları, musiqi və yaradıcılıq kollektivləri arasında dialoqun və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

İki ölkə prezidentinin - İlham Əliyev və Vladimir Putinin Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycan-Rusiya universitetinin yaradılması haqqında verdiyi tapşırıqların icrasının gedişi, həmçinin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin abidələrinin müvafiq olaraq Sankt-Peterburq və Bakıda qoyulması məsələsi ətraflı müzakirə edilib.


SON XƏBƏRLƏR

18 Aprel 2025