• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ceyhun Bayramov Fidanla müzakirə apardı

SİYASƏT

19 Dekabr 2024 | 18:34 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Fidanla müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026