• Bakı C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Ceyhun Bayramov: "Suriyaya ilk kömək əlini Türkiyə uzadıb"

SİYASƏT

18 Yanvar 2025 | 14:27

Ceyhun Bayramov: Suriyaya ilk kömək əlini Türkiyə uzadıb

"Suriyaya ilk kömək əlini Türkiyə uzadıb, Azərbaycan da bu prosesə dəstəyini göstərib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Ötən il Azərbaycan Suriyaya humanitar yardım karvanı göndərib. Biz hazırda onlara müxtəlif istiqamətlərdə yardımlar təklif edirik. Seçimlərindən asılı olaraq yardım göstərəcəyik. Suriyanın beynəlxalq münasibətlər sistemində aktorlardan birinə çevrilməsi vacibdir”, - o əlavə edib.


SON XƏBƏRLƏR