• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycan Yaxın Şərqdə də önəmli güc mərkəzinə çevrilməkdədir - AÇIQLAMA

SİYASƏT

17 Fevral 2025 | 12:57

Azərbaycan Yaxın Şərqdə də önəmli güc mərkəzinə çevrilməkdədir - AÇIQLAMA

"Suriyada qurulan yeni hökumətə qardaş Türkiyə ilə yanaşı, Azərbaycanın hərtərəfli dəstək verəcəyi bəllidir".

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Suriyanın yenidən qurulmasında Türkiyə ilə bərabər Azərbaycanın da fəal iştirakı göstərir ki, Azərbaycan Cənubi Qafqaz regionu ilə yanaşı, Yaxın Şərq bölgəsində də önəmli güc mərkəzlərindən birinə çevrilməkdədir:

"Dünyada yeni siyasi proseslər cərəyan edir və bu prosesdə hər kəs sırasını, yerini müəyyənləşdirir. Əlbəttə, yeni düzəndə hər kəsin özünəxas yanaşması, siyasi baxışları var. Hər bir dövlət öz maraqlarından çıxış edir”.

Samir Hümbətov, siyası şərhçi

Müsahibimiz qeyd edib ki, Azərbaycan türk dövlətləri, o cümlədən Pakistanla əlaqələrini kifayət qədər dərinləşdirib:

“Ələlxüsus, qardaş Türkiyə və dost Pakistanın İkinci Qarabağ savaşında Azərbaycana dəstəyi heç zaman unudula bilməz. Dövlət başçısının mütəmadi bu məsələlərə toxunması da ondan xəbər verir ki, xalqımız bu dəstəyi unutmur və unutmayacaq. Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri ilə də sıx əməkdaşlığı nəzərə alsaq, söhbət böyük bir güc mərkəzindən gedir. O cümlədən, Azərbaycan-Özbəkistan-Pakistan-Türkiyə əlaqələri böyük əhəmiyyət daşıyır”.

“Prezident İlham Əliyevin Türkiyənin yeni səfirini qəbul edərkən söylədiyi fikirlər də Azərbaycan dövlətinin konseptual olaraq ortaya qoyduğu xarici siyasətinin bariz nümunəsidir", - deyə Samir Hümbətov əlavə edib .

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Mart 2025