• Bakı 17° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Fuad Nəcəflidən Naxçıvanın keçmiş rəhbərliyinə: "Həmin YARITMAZLAR..." - ŞOK İDDİALAR

SİYASƏT

18 Mart 2025 | 22:35

Fuad Nəcəflidən Naxçıvanın keçmiş rəhbərliyinə: Həmin YARITMAZLAR... - ŞOK İDDİALAR

Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Fuad Nəcəfli bir sıra önəmli nüanslara toxunub. Belə ki, Prezidentin səlahiyyətli nümayəndəsi çıxışı zamanı Naxçıvanın əvvəlki idarəçiliyini yarıtmaz fəaliyyət göstərdiklərinə görə qınayıb.

O qeyd edib ki, Naxçıvanın əvvəlki idarəçiliyinin yarıtmaz fəaliyyəti nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən, Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə, Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib:

"Azərbaycan tarixində, mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı “restavrasiya” nəticəsində abidələr ilkin formasını tamamilə itirib",- deyə F.Nəcəfli əlavə edib.

Bildirək ki, çıxış zamanı Ordubad şəhərinin Baş planının hazırlanması və digər məsələlərə toxunulub. 

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

06 May 2025