• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Azərbaycan və Serbiya HHQ-nin komandanları görüşüb

SİYASƏT

17 Aprel 2025 | 16:15

Azərbaycan və Serbiya HHQ-nin komandanları görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025