• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

SİYASƏT

17 Aprel 2025 | 17:46

Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

"Bu il ərzində Bakıda Belarus-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç mətbuat nümayəndələri ilə görüş zamanı söyləyib.

    O həmçinin Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsinə əsasən Ağdamda yaradılması planlaşdırılan Aqroşəhərin 2027-ci ildə fəaliyyətə başlayacağını açıqlayıb:

    "Aqroşəhərin təşkil olunması üzrə işlər davam etdirilir. Prinsip etibarilə onun 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Mən işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən son dərəcə məmnunam".

    Diplomat eyni zamanda işğal faktoru ilə yaxşı tanış olan bir ölkənin təmsilçisi olaraq işğal faktoru ilə yaxşı tanış olduğunu diqqətə çatdırıb:

    "Bizim ölkəmiz işğal faktoru ilə çox yaxşı tanışdır. Qarabağa səfər etdiyimdə orada gördüyüm dağıntıların miqyasını, xüsusilə də dağıdılmış kəndləri görmək məni heyrətə gətirdi. Füzuli rayonundan keçərkən mən minatəmizləmə işlərini müşahidə etdim. Ağdamda həyata keçirilən təmir-bərpa işləri, xüsusilə də xəstəxananın inşası tempindən məmnun oldum".


    SON XƏBƏRLƏR

    18 Aprel 2025