• Bakı 11° C

    17.47 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

İlham Əliyev: İkinci dünya savaşından sonra Azərbaycan qədər... 

SİYASƏT

18 Mart 2025 | 21:11

İlham Əliyev: İkinci dünya savaşından sonra Azərbaycan qədər... 

İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.


SON XƏBƏRLƏR

18 Mart 2025