Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
Görüşdə təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
***
12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın təkbətək görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
***
12:24
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.