“COP29-da iştiraka, Azərbaycana dəstəyə görə qardaşıma təşəkkürümü bildirdim”.
Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Azərbaycanın ötən ay D8-ə üzv qəbulu prosesində Türkiyənin davamlı dəstəyi olub: “Buna görə də qardaşım Hakan Fidana təşəkkürümü bildirdim”.