• Bakı C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Türkiyəli nazir: "Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək"

SİYASƏT

18 Yanvar 2025 | 14:15

Türkiyəli nazir: Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək

"SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, bu mənada TDT-nin daha funksional hala gəlməsi strateji bir addımdır.

“Azərbaycan-Türkiyə bu mövzuda da bir-birinin yanındadır və bərabər addımlayır. 2024-cü ildə atılan addımları bu il bir addım daha irəli aparacağıq”, - bildirib.

Hakan Fidanın sözlərinə görə, türk dövlətlərinin ortaq fəaliyyəti 2025-ci ildə də ən yüksək səviyyədə davam edəcək:

“Bununla da regiona faydalı olacağımızı düşünürük”.


SON XƏBƏRLƏR