• Bakı 22° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Zakir Həsənov qardaş ölkəyə başsağlığı verdi

SİYASƏT

15 Iyun 2026 | 18:34

Zakir Həsənov qardaş ölkəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026