• Bakı 22° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Saj “Kristal Palas”ın baş məşqçisi təyin edildi

İDMAN

15 Iyun 2026 | 23:13

Saj “Kristal Palas”ın baş məşqçisi təyin edildi

“Kristal Palas” Pyer Sajın baş məşqçi təyin olunduğunu elan edib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fansız məşqçi ilə iki illik müqavilə imzalanıb və ehtimal ki, 2029-cu ilin yayına qədər daha bir mövsüm üçün seçim mümkündür.

“Kristal Palas”ın mətbuat xidməti Sajın sözlərini sitat gətirib: “Oliver Qlasner inanılmaz nəticələr əldə edib və indi mən də eyni şeyi etməliyəm. Buna görə də biz bura böyük ambisiyalarla gəlirik”.

Qlasner 2025/2026 mövsümünün sonunda klubdan ayrılıb. Onun rəhbərliyi altında komanda 2025-ci ildə İngiltərə Kubokunu (ilk böyük kuboku) və 2026-cı ildə Konfrans Liqasını qazanıb. Bu yaxınlarda başa çatan İngiltərə Premyer Liqasında londonlular 45 xalla 15-ci yeri tutublar.

Saj daha əvvəl 2025/2026 mövsümündə Liqa 1-də ikinci yeri tutan Fransanın “Lans” komandasını çalışdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026