• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq

DÜNYA

16 Iyun 2026 | 00:10

Fars: İran atəşkəs dövründə müdafiə gücünü artıracaq

İran ABŞ ilə əldə olunan razılaşma və atəşkəs dövründə müdafiə imkanlarını artıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən (MSQDN) "Fars" agentliyinə bildirilib.

"Biz İran xalqının maraqlarını təmin edəcək istənilən anlaşma və razılaşmaları dəstəkləyəcəyik", - MSQDN-dən bildirilib.

Qeyd olunub ki, ABŞ ilkin razılaşma və ya memorandumun şərtlərini pozarsa, İran regiondakı hərbi vəziyyəti sürətlə və qətiyyətlə razılaşmadan əvvəlki vəziyyətə qaytaracaq:

"Biz silahlı qüvvələrin hazırlıq səviyyəsini əvvəlkindən daha yüksək səviyyədə saxlayacağıq ki, düşmən razılaşmanın şərtlərini yerinə yetirməyə və öz öhdəliklərinə əməl etməyə məcbur olsun".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026