• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Qızıl bahalaşdı

İQTİSADİYYAT

15 Iyun 2026 | 11:11 | Müəllif: Əli Hüseynov

Qızıl bahalaşdı

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.

    Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.

    Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.

    Platinin spot qiyməti də 41,66 dollar və ya 2,42% artaraq 1 762,4 dollar/unsiyaya yüksəlib.

    Bazar iştirakçıları qiymətli metallara tələbin artmasını geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026