• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Hindistan "Tomahawk"ın analoqu olan raketi sınaqdan keçirib

DÜNYA

16 Iyun 2026 | 00:22

Hindistan Tomahawkın analoqu olan raketi sınaqdan keçirib

Hindistanda quru hədəfləri vurmaq üçün nəzərdə tutulmuş yüksəkdəqiqlikli LRLACM uzaqmənzilli qanadlı raketin sınaqları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

"Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odişa ştatında yerləşən Çandipur raket poliqonunda LRLACM-nin uğurlu sınaqlarını keçirib. Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da onun səmərəliliyinin dəqiq monitorinqini təmin edib", - bəyanatda deyilir.

Qeyd olunur ki, LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçuş həyata keçirir və Amerikanın "Tomahawk" raketinin analoqudur. Raket quru və hərbi dəniz qüvvələrinin təchizatı üçün nəzərdə tutulub. Maksimum 1 500 km uçuş məsafəli raket 300 kq çəkisi olan nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026