• Bakı 23° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

 Ağdamda YANĞIN

HADİSƏ

14 Iyun 2026 | 22:13

 Ağdamda YANĞIN

Ağdam rayonunun Qaradağlı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, kənddə bir dam altında tikilmiş ümumi sahəsi 1613 m² olan birmərtəbəli tikililərdən sahəsi 690 m² olan anbarın, sahəsi 90 m² olan tikinti materialları satışı mağazasının, sahəsi 220 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və sahəsi 85 m² olan talvarın taxta atmaları 30 m² (ümumilikdə 1030 m²) sahədə yanıb.

Talvarın qalan hissəsi, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026