İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, telefon söhbəti zamanı regional və qlobal hadisələr müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, Türkiyə bir çox bölgədə, xüsusən də İranda, Qəzza zolağında və Afrika Buynuzunda sülh və sabitliyin bərqərar olması üçün səy göstərir.
Türkiyə lideri ABŞ ilə İran arasındakı problemlərin diplomatik yolla həlli üçün yaranan fürsətdən maksimum dərəcədə istifadə edilməli olduğunu qeyd edib, beynəlxalq ictimaiyyətin bu prosesin sabotaj edilməməsini təmin etməkdə məsuliyyət daşıdığını vurğulayıb.
Prezident Ərdoğan, həmçinin BMT-nin missiyalarının Suriyadakı fəaliyyətinin effektiv şəkildə davam etdirməsinin vacibliyini və Türkiyənin bu istiqamətdə müvafiq dəstəyi verməyə hazır olduğunu ifadə edib.
Söhbət zamanı Kipr adasındakı son hadisələr, Fələstin və Livandakı humanitar vəziyyət də müzakirə olunub.
Bakı 



